Ağdam sakini: Ermənilərin mülki əhalini ağır silahlardan atəşə tutacağını gözləmirdik
Bizi izləyin

Qırmızı.az

Ağdam sakini: Ermənilərin mülki əhalini ağır silahlardan atəşə tutacağını gözləmirdik

Cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlər aprelin 29-da Bərdə Diaqnostika Mərkəzində müalicə olunan yaralılarla görüşdükdən sonra Ağdam rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, jurnalistlər Ermənistan silahlı qüvvələrinin Çəmənli kəndini atəşə tutmaları nəticəsində şəhid olan sakinlər Əli Hüseynovun və Famil Mustafayevin ailə üzvləri və qohumları ilə görüşüblər.

Hər iki şəhidin yaxın qohumu Əhməd Əhmədov media təmsilçilərinə müsahibəsində deyib:

“Erməni hərbi birləşmələri gecə saat 12 radələrində kəndimizi şiddətli artilleriya atəşinə tutmağa başladı. Həm Əli Hüseynov, həm də Famil Mustafayev kəndə düşən mərmilər nəticəsində ağır yaralanaraq həlak olublar. Onların heç biri kəndi tərk etməmişdi. Biz Ermənistan ordusunun mülki əhalini ağır artilleriyadan atəşə tutacağını gözləmirdik. Bizim artıq səbrimiz tükənib. Daha nə qədər belə yaşamaq olar? Belə də atəşkəs olar? Biz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.

Media təmsilçiləri Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan yaralılarla da görüşüblər. Jurnalistlərə məlumat verilib ki, xəstəxanada hazırda üç sakin müalicə olunur. Xəsarət alan digər sakinlər isə ambulator nəzarət altındadır.

Yaralı Şəbnəm Qaraşova kəndin qəfildən atəşə məruz qaldığını bildirərək deyib: “Şiddətli artilleriya atəşi qəfil başladığı üçün təhlükəsiz əraziyə getməyə imkan tapa bilmədik. Avtomobilə minib uzaqlaşmağa çalışdıq. Lakin həmin vaxt minmək istədiyimiz avtomobili vurdular və mən bir neçə metr məsafədəki arxa düşdüm. Mərminin partlaması nəticəsində ayağımdan yaralandım”.

Çəmənli kəndinin digər sakini, yaralı Arif Məmmədov əvvəllər belə şiddətli artilleriya atəşinə məruz qalmadıqlarını bildirib. O da mərminin partlaması nəticəsində ayağından qəlpə yarası aldığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm