Qəbul imtahanlarında fənnlərin sayı azaldılacaq
Bizi izləyin

Qırmızı.az

Qəbul imtahanlarında fənnlərin sayı azaldılacaq

Gələcəkdə qəbul imtahanlarında fənnlərin sayı 3-ə endirilə bilər.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ASAN Radionun efirində qəbul imtahanlarında fənlərin sayının azaldılması ilə bağlı sualı cavablandırarkən deyib.

M.Abbaszadə bildirib ki, müxtəlif xarici ölkələrdə qəbul fənlərinin sayı fərqlənir.

“Bizdə də qəbul imtahanında 5 fənn var, 2 fənn əsas,3 əlavə fəndir. Ali məktəbə qəbul aparılarkən Ana dili və riyaziyyat fənləri üzrə buraxılış imtahanı nəticələrinin əsas götürmək istərdik. Bu zaman abituriyentlər yalnız 3 əlavə fənn üzrə imtahan verərdilər. Lakin hələ ki, buraxılış və qəbul imtahanlarında ana dili və riyaziyyat fənni üzrə suallar qruplar üzrə fərqli olur. Gələcəkdə qəbulun 3 fənn üzrə keçirilməsini planlaşdırırıq. Bu yəqin ki, 3 il sonra mümkün olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm