Ələtdə yük qatarı yandı - Yeniləndi
Bizi izləyin

Qırmızı.az

Ələtdə yük qatarı yandı - Yeniləndi

Gürcüstandan Azərbaycana soyuducu gətirən yük qatarı yandı

Bu gün səhərə yaxın Ələt istiqamətində yanan yük qatarı atrıq söndürülüb. Yanan vaqonlar ərazidən yığışdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yük qatarı Gürcüstandan Qırğızıstana soyuducu aparırmış. Yanğın nəticəsində vaqonlardakı soyuducular yanıb.

“Hazırda yüklərin hansı şirkətə məxsus olması və nə qədər ziyan dəyməsi araşdırılır. Yanan yüklərin yəqin ki, sığortası da var. Bütün bu məsələlər araşdırılır. Yanğından qorunan yüklər də yığılıb. İndi mallar ünvana göndəriləcək. Hazırda yol da açılıb. Qatarların hərəkətində heç bir problem yoxdur”, - deyə Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, yanğının baş vermə səbəbləri aydınlaşıb. Məlum olub ki, hadisəyə külək səbəb olub.

“Güclü külək vaqonların damını dağıdıb. Nəticədə dəmir elektrik xətlərinə dəyib. Nəticədə qısaqapanma baş verib. Bununla da yanğın olub. Şükür ki, yanğının qarşısı vaxtında alınıb”, - deyə Nadir Əzməmmədov bildirib.

***08.53

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib.

Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.

N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir.
09/02

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun mediaya verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib.

Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.

N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Publika.Az xəbər verir ki, qəza səbəbindən Ələt yolunda böyük tıxac yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm