Qırmızı.az
Məhsulların niyə Azərbaycan dilində izahı yoxdur? - VİDEO
Xaricdən idxal olunan məhsulların əksəriyyətinin
üzərində Azərbaycan dilində məlumat olmur. Bu isə açıq aşkar
istehlakçı hüquqlarının pozulması deməkdir. Çünki, alıcı aldığı
məhsulun tərkibi, təsiri və s. haqqında öz dilində məlumat almaq
hüququna malikdir.
Məhsulun üzərini nə qədər axtarsaq da, Azərbaycan dilində bir
kəlməyə belə rast gəlmədik. Halbuki, istehlakçıların hüquqlarının
müdafiəsi haqqında qanunun 3-cü maddəsində qeyd olunur ki,
istehlakçının aldığı məhsul haqqında dolğun məlumat almaq hüququ
var.
Məhsulların üzərində azərbaycan dilində stikerlərin və ya məlumat kitabçalarının vurulmaması isə bu qanunun pozulması deməkdir. Çünki istehlakçının aldığı məhsulun tərkibini, saxlanma şəraitini bilməməsi istifadədən sonra onda müəyyən fəsadlar yarada bilər..
İqtisadiyyat nazirliyindən isə məsələ ilə bağlı bildirdilər ki, istehlak bazarında markalanma ilə bağlı mütəmadi olaraq monitorinqlər, müşahidələr aparılır. Azərbaycan dilində izahatı olmayan məhsullar satışdan çıxarılır. Belə hallarla qarşılaşan vətəndaşlar 195-2 çağrı mərkəzinə, və ya 498 15 01/ 498 15 04 nömrələri ilə əlaqə saxlaya bilərlər. (xezerxeber.com)
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək