Tibb Universitetində nurçu qalmaqalı
Bizi izləyin

Qırmızı.az

Tibb Universitetində nurçu qalmaqalı

Tibb Universitetində bu gün qalmaqalın yaşandığı haqda məlumat yayılıb.

Azerinfo.org xəbər verir ki, universitetin Cərrahiyyə kafedrasının yeni binasında tələbələr dərsə girməkdən imtina ediblər. Məlumatına görə, rektor Əhliman Əmiraslanov tərəfindən Tibb Universitetinə Türkiyədən müəllimlər dəvət olunub.

Lakin bu gün Cərrahiyyə kafedrasına dərs deməyə gələn müəllimlər burada dini və siyasi təbliğatla məşğul olduqlarından tələblər onların dərsinə girməkdən imtina ediblər.

Mənbənin məlumatına görə Türkiyədən gələn müəllimlər dərsdə siyasi çıxışlar edərək, tələbələri Türkiyənin baş naziri Ərdoğan əleyhinə yönəldir və bu fikirlərə qarşı olan gənclər sıxışdırılır.


Cərrahiyyə kafedrasına dəvət olunan 12 müəllimin dərsinə girməkdən imtina edən tələblər bu müəllimlərin onlara tibb yox, dini və siyasi dərs verdiklərini açıqlayıblar.


Xatırladaq ki, akademik Əhliman Əmiraslanov Milli Məclisin deputatı kimi Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının sədridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm