Azərbaycanda Sığınacaqlar Birliyi yaradılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda Sığınacaqlar Birliyi yaradılır

Azərbaycanda sığınacaqlar şəbəkəsi yaradılıb. Sığınacaqlar arasında qarşılıqlı əməkdaşlıq əsasında ümumi məlumat bazası yaradılacaq.

Bu barədə Publika.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, yaradılan birliyə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqları İctimai Birliyi, “Təmas” Regional İnkişaf İctimai birliyi, Azərbaycan Miqrasiya Mərkəzi İctiami Birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi daxildir.

“Azərbaycanda fəaliyyət göstərən QHT nəzdinə olan sığınacaqlar çətin həyat şəraitində olan, məişət zorakılığı, insan alveri və zorakılığın digər formaları ilə üzləşmiş şəxslərin müəyyən edilməsi və onların sığınacaqla təmin edilməsi, çətin həyat şəraitində olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi, çətin həyat şəraitində olan şəxslərin reabilitasiyasının (hüquqi, psixoloji, tibbi) həyata keçirməsi məqsədilə bir araya gələrək şəbəkə yaradıblar. Yeni yaradılan şəbəkə həm də çətin həyat şəraitində olan şəxslərin reinteqrasiyası (peşə bacarıqlarının artırılması, iş yerlərinin tapılması), xidmətlərin manitorinqi, effektiv nəticənin təqdimatı, o cümlədən çətin həyat şəraitində olan şəxslərin effektiv reabilitasiyasını həyata keçirmək, ölkə üzrə reabilitasiya proqramlarının modelini formalaşdırmaq, reabilitasiya proeseslərində çəkilən xərclərin minimumalaşdırmaq məqsədi daşıyır”.

M.Zeynalova bildirib ki, mayın 1-də iki il müddətinə birgə Əməkdaşlıq Memorandumuna imza atılıb.

“Memoranduma əsasən, tərəflər informasiya mübadiləsi, resurslar və kadr mübadiləsi, qurbanların maraqlarının daha effektiv müdafiəsini təmin etmək məqsədi ilə öz aralarında razılıq əldə edib və gələcək fəaliyyət proqramlarını tərtib ediblər”.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinə il ərzində 300-dən çox qadın müraciət edir. Azərbaycan Uşaqlar Birliyi İctimai Birliyinə isə həm polis, həm də valideynlər tərəfindən baxımsız uşaqlar gətirilir. Sığınacaqların vahid məlumat bazası yaradılandan sonra problemli insanlara hərtərəfli kömək mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm