Azərbaycan zabiti: “Döyüşə hazırıq” - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycan zabiti: “Döyüşə hazırıq” - FOTO

“Hamımız döyüşlərdə iştirak etdik. Yüksəkliklərdəki olan torpaqlarımızı geri qaytardıq. Hamı gözləyir ki, Ali Baş Komandan göstəriş versin və irəli gedib qalan torpaqlarımızı azad edək”.

APA-nın qərb bürosunun xəbərinə görə, bunu aprelin əvvəlində cəbhədə gedən döyüşlərdə iştirak edən ordumuzun əsgəri İbrahim Şərbətzadə deyib.

O bildirib ki, hazırda ordumuzda ruh yüksəkliyi var. Onun sözlərinə görə, aprelin əvvəlindəki qələbəmiz düşmənə Azərbaycan ordusunun gücünü göstərib.

Talış kəndi yaxınlığında yerləşən yüksəkliklərin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən və prezidentin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunan baş leytenant Orxan Babayev isə qeyd edib ki, aprelin 2-də düşmən gücümüzü görüb geri çəkilməyə məcbur olub. “Düşmənin işğal etdiyi yüksəklikləri aldıq. Düşmənin xeyli sayda zirehli texnikası məhv edilib. Düşmən silah sursatını qoyub qaçıb. Hazırda biz həmin yüksəkliklərdə durmuşuq. Yüksəklik baxımından düşmən bizdən aşağıdadır. Döyüşə hazırıq. Döyüş əhval-ruhiyyəsi çox yüksəkdir”, - deyə o vurğulayıb.

Əsgər Əlifi Məmmədov isə bildirib ki, təmas xəttində düşmən təxribatının qarşısı alınaraq yüksək dəqiqliklə zərbələr endirməklə işğal altında olan torpaqlarımız azad olunub: “Daha irəli getməyə və tapdaq altında olan torpaqları azad etməyə hazırıq. Bu gün də ölkə başçısının əmrini gözləyirik. Prezident İlham Əliyevin gəlib səngərdə döyüş şəraiti ilə maraqlanmağı bizdə olan ruh yüksəkliyini daha da artırır”.

Gizir Mehman Çobanov isə bildirib ki, yüksəkliklərin düşməndən təmizlənməsi yaxınlıqdakı yaşayış massivlərini təhlükədən azad edib: “Tapqaraqoyunlu kəndinin qarşısında olan Talışkənd yüksəkliklərində düşmənin postlarına basqın elədik. Düşmən maksimum itki verdi, onların postlarda qoyduğu silah, texnika və müxtəlif cihazları ələ keçirtdik. Yüksəklikləri alandan sonra Tapqaraqoyunlu kəndində olan sakinlər evlərində rahat yaşaya bilirlər”.

“İgidliyə görə” medalla təltif olunan tankçı İlham Hüseynov isə bunları deyib: “Aprelin 1-dən 2-ə keçən kecə bizə əmr verildi ki, düşmənin diversiya qrupunun qarşısı alınmalıdır. Tankçılarımız ruh yüksəkliyi ilə düşmənə tərəf hücum etdilər. Onların postunu, texnikasını, canlı qüvvələrini məhv elədik. Biz onlara göstərdik ki, bu torpaqlar bizimdir. Talış kəndi istiqamətində lazım olan yüksəklikləri əldə etmişik. Sevincimizin həddi hüdudu yoxdur. Müəyyən əhəmiyyətli yerləri əldə edə bilmişik. Düşmənə göstərdik ki, biz hücum etməmişik, sadəcə öz torpaqlarımızda təlim keçdik. Düşmənlərimiz hər şeyi, hətta meyitlərini qoyub qaçıblar. Onları yiyəsiz ordu kimi gördük. İnşallah, üç rəngli bayrağımızı Şuşa, Xankəndi və Xoçalıda sancarıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm