Qırmızı.az
Jurnalistlər üçün yeni müsabiqə
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı üzrə jurnalistlər arasında “Əmək hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.
Publika.az xəbər verir ki, müsabiqəyə əmək münasibətləri və əmək hüquqlarına həsr olunmuş məqalələr, o cümlədən əmək münasibətlərinin tənzimlənməsinin əsasları, əmək münasibətlərini tənzimləyən qanunvericilikdə olan boşluq və ziddiyyətlər, qanunvericiliyin tətbiqində mövcud olan problemlər, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərə ədalətli və əlverişli əmək şəraitinin yaradılmasının vəziyyəti, əməyin mühafizəsi, işçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyət, qeyri-formal əmək bazarının yaratdığı problemlər, o cümlədən ev qulluğu işləri, məcburi əmək halları ilə bağlı araşdırma yazılar təqdim edilə bilər. Müsabiqəyə həmçinin, işçilərin müəyyən edilmiş müddətlərdən artıq işlərə cəlb edilməsi, istirahət hüququnun təmin olunması, qadınların və uşaqların əmək bazarında iştirakı, əmək münasibətlərinin gender aspektləri, işəgötürən və işçilərin qarşılıqlı məsuliyyəti və bu sahədə olan problemlərə həsr olunan yazılar təqdim oluna bilər.
Qaliblər diplomlar və pul mükafatları ilə təltif olunacaqlar.
Jurnalistlər müsabiqəyə mayın 4-dən iyunun 15-dək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB