
Tovuz rayonunda qaz balonunda nasazlığ səbəbindən partlayış baş verib
Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına
istinadən verdiyi xəbərə görə, aprelin 2-də Tovuz rayonu Qaraxanlı
kənd sakini Bayram Məhərrəmovun həyətində qaz balonunun
nasazlığından ani partlayış baş verib. Hadisə nəticəsində dağıntı
olmayıb.
Lakin Bayram Məhərrəmov yanıq xəsarəti alıb. O,
xəstəxanaya yerləşdirilib.