Qırmızı.az
Sürücülük vəsiqələri dəyişdirilir
Azərbaycanda sürücülük vəsiqələri beynəlxalq
standartlara uyğun dəyişdiriləcək.
Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, vaxtı keçən sürücülük vəsiqələri yeni formada veriləcək. Vəsiqələr çip yaddaşla təmin olunur. Bu zaman vəsiqənin shaibi haqqında məlumatlar həmin yaddaşda qeyd edilir. Bu sürücünün digər ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir.
Qurum rəsmisi deyir ki, vaxtı bitməyən vəsiqələr də işləyir.
Onları etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac
yoxdur:
"Vəsiqələrin hər birində etibarlılıq müddəti var.
Etibarlılıq müddəti bitməyən sürücülük vəsiqələrinin hamısı
qüvvədədir".
Qurum rəsmisi deyir ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi
üçün18 manat dövlət rüsumu vermək lazımdır:
"Sürücülük vəsiqələrinin verilməsinə görə, dövlət rüsumu
olaraq, 18 manat ödəmək lazımdır. Vəsiqələrin dəyişdirilməsi zamanı
da, 18 manat ödənilməlidir".
Qeyd edək ki, sürücülük vəsiqələri ilə bağlı başqa bir yenilik
də var.
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət
Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə
olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların
test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və
dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulunu
təmin edib.
Nazirlikdən verilən məlumata görə, Bərdə, Ağsu, Qazax, Şəki,
Şirvan, Masallı, Qəbələ və Quba daxil olmaqla 8 bölgədə səyyar
xidmət qurupu yaradılıb.
Artıq 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri dəyişdirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrində də səyyar xidmətlər keçiriləcək. (admiral.az)
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi