Qırmızı.az
Şəhidlərin dəfni ilə bağlı qaydalar dəyişdirildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vəfat
etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə
bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
Qaydaları”nda dəyişiklik edib.
Qaydaya əsasən hərbi ehtiram göstərilən zaman tabut Azərbaycan
Respublikasının Dövlət bayrağı ilə örtülür.
Cənazə məzara qoyulmamışdan əvvəl Azərbaycan Respublikasının
Dövlət bayrağı fəxri qarovulun rəisi tərəfindən götürülür, fəxri
qarovul üzvlərinin iştirakı ilə, aypara və səkkizguşəli ulduz
təsviri yuxarıda olmaqla, düzbucaqlı üçbucaq şəklində qatlanılır.
Dəfn mərasiminin yekununda dəfn komissiyasının rəhbəri, komissiya
yaradılmadıqda isə fəxri qarovulun rəisi Azərbaycan Respublikasının
Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim
edir.
Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti ali orqanlarının
rəhbərləri, ali hərbi rütbələrə malik olan şəxslər, "Azərbaycan
Respublikasının Milli Qəhrəmanı" fəxri adı ilə və "Şah İsmayıl"
Azərbaycan Respublikasının ali hərbi ordeni ilə təltif olunmuş
şəxslər vəfat etdikdə (həlak olduqda), döyüş şəraitində döyüş
əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda onlara müvafiq
qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram
göstərilib.
Dəyişikliyə əsasən artıq tək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda deyil, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər vəfat etdikdə (həlak olduqda) onlara hərbi ehtiram göstəriləcək. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən, hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən, döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən, ezamiyyətdə olarkən, müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən, toplanışlar keçərkən, hərbi xidmət yerinə gedib-gələrkən, əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa), xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək, vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən və fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. (apa.az)
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT