Qırmızı.az
Bakıda yeni yanğından mühafizə bölmələrinin açılışı olub - FOTO
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində mayın 5-də Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərinin Binəqədi, Sabunçu və Nizami rayonları Dövlət Yanğından Mühafizə hissələrinin yeni Yanğından mühafizə bölmələrinin açılışı olub.
FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli Yanğından mühafizə bölməsinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
38 nəfər şəxsi heyətin çalışacağı və Mehdiabad, Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulan bu Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Həmin gün E.Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli Yanğından mühafizə bölməsinin açılışını da edib. 38 nəfər şəxsi heyəti olan bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Mayın 5-də, həmçinin FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 20 nömrəli Yanğından mühafizə bölməsinin də açılışı olub. 38 nəfər şəxsi heyəti olan bölmə Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.
Bölmələrin hamısının ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunub.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO