DGK: Azərbaycana toxumların gətirilməsi qanunvericiliyə uyğun həyata keçirilməlidir
Bizi izləyin

Qırmızı.az

DGK: Azərbaycana toxumların gətirilməsi qanunvericiliyə uyğun həyata keçirilməlidir

Azərbaycana əkin üçün toxumların gətirilməsi qanunvericiliyə uyğun həyata keçirilməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İrandan düyü toxumları gətirən fermerlər qarşısında qoyulan məhduduiyyətlər barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, hər bir kəs ölkəyə şəxsi istifadəsi üçün 10 kq-dan artıq olmayan ərzaq məhsulları gətirə bilər: "Vətəndaşlarımız əl yükündə toxum gətirməyə çalışdıqlarına görə onlar qarşısında müvafiq məhdudiyyətlər qoyulur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm