YUNESKO ölkələrin təhsildə korrupsiya problemini araşdırdı
Bizi izləyin

Qırmızı.az

YUNESKO ölkələrin təhsildə korrupsiya problemini araşdırdı

YUNESKO ekspertləri təhsil sistemində korrupsiya məsələsində Azərbaycanı MDB-nin bu qaranlıq fonunda yeganə istisna hesab edirlər.

Bu barədə Publika.Az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Bir neçə il əvvəl YUNESKO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabatın əsas müddəaları nəşr olunub. Qeyd olunan hesabat kitab halında bu dəfə rus dilində nəşr olunaraq yayılıb.


Hesabat Təhsilin planlaşdırılması üzrə beynəlxalq institut tərəfindən 60 ölkədə vəziyyətin təhlil olunması nəticəsində hazırlanıb. Hesabatdakı məlumatlara əsasən, korrupsiya bütün dünyanın təhsil sistemlərinə ciddi zərər vurur. Müəyyən olunub ki, ali məktəblərə qəbul zamanı qeyri-qanuni hallar, imtahanlar zamanı rüşvət alınması, vəsaitlərin mənimsənməsi, sənədlərin saxtalaşdırılması və təhsil sistemindəki digər pozuntular inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də yayılıb. Sadəcə olaraq daha yoxsul ölkələrdə sui-istifadə halları daha kəskin xarakter daşıyır. Lakin müəlliflərin fikrincə, keçmiş SSRİ ərazisində təhsil sistemində korrupsiya xüsusilə güclüdür.


YUNESKO ekspertləri qeyd edir ki, bu ölkədə “informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm