Dövlət Komissiyası: Meyitlər götürüləndə ermənilər gizli çəkiliş aparmağa cəhd edib
Bizi izləyin

Qırmızı.az

Dövlət Komissiyası: Meyitlər götürüləndə ermənilər gizli çəkiliş aparmağa cəhd edib

“Aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş vermiş müharibə zamanı Azərbaycan hərbçilərinin meyiti düşmənin nəzarətində olan ərazidə qalıb. Bundan sonra, aidiyyəti və beynəlxalq qurumlarla birlikdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə hərbçilərimizin meyitləri düşmənin nəzarətində olan ərazidən götürülüb. Lakin meyitlər götürülən zaman Ermənistan xislətinə uyğun olaraq əldə edilmiş atəşkəs rejimini pozub, gizli videoçəkiliş aparmağa cəhd edib”.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, Ermənistan bir qayda olaraq təmas xəttində həlak olan insanların meyitlərini gizlətməklə psixoloji təzyiq metodundan istifadə edir: “Buna bariz misal Ermənistanın 2010-cu ildə təmas xəttində şəhid olan Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olmasını uzun müddət təkzib etməsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm