İstirahət günü hava necə olacaq? - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

İstirahət günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.

Bölgələrdə də sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm