Bu şəxslərə Şahdağ Milli Parkına giriş pulsuzdur
Bizi izləyin

Qırmızı.az

Bu şəxslərə Şahdağ Milli Parkına giriş pulsuzdur

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə “Heydər zirvəsi”nə qalxaraq Heydər Əliyevin xatirəsini yad edir.

Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər bu aksiyada iştirak edir.

Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə həyata keçməsinə hər cür şərait yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə mayın 6-dan etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir.

Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 10-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm