HDQ-nin yeni Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub - FOTO
Bizi izləyin

Qırmızı.az

HDQ-nin yeni Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub - FOTO

Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub.


Publika.az xəbər verir ki, ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təmin edilmiş poliqonun infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan gəmi və qayıq avadanlıqları kompleksləri, enerji, mühərrik sinifləri, barokamera və təlimatçı otaqları, tədris hovuzu, eləcə də digər inzibati və xidməti bölmələrə baxış keçirib.


Sonra təlim-məşq katerinə gələn Müdafiə naziri şəxsi heyətin praktiki hazırlığı üçün nəzərdə tutulmuş idarəetmə, gəminin davamlılığı və yanğına qarşı mübarizə postlarında da olub.


Xüsusi hazırlıq proqramına uyğun il boyu fasiləsiz davam edəcək nəzəri və praktiki məşğələlərdə dalğıclara sualtı üzgüçülük, qəza-xilasetmə və digər növ sualtı əməliyyatların yerinə yetirilməsi, eləcə də sualtı təchizat və avadanlıqlar barədə biliklər tədris ediləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm