Qırmızı.az
DSMF-nin əməkdaşları arasında mini-futbol, şahmat və stolüstü tenis yarışları keçiriləcək
Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.
Publika.Az-ın verdiyi xəbərə görə, aprelin 3-də turnirin açılış mərasimində çıxış edən DSMF-nin sədri Elman Mehdiyev ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövrün Azərbaycan tarixinin ən parlaq hissəsi olduğunu diqqətə çatdırıb.
“Bu gün ölkəmizin həyatının bütün sahələrində ümummilli liderin
müəyyənləşdirdiyi prinsiplər uğurla gercəkləşdirilir və məhz bunun
nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla
irəliyəyir” –deyən Dövlət Sosial Müdafiə Fondunun sədri vurğulayıb
ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın və bədən
tərbəyəsinin inkişafına qayqısı bu sahədə yüksəlişin əsasını qoyub.
Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin
Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti
nəticəsində
müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi
tanınıb və olimpiya hərəkatına qoşulub. 2015-ci ildə isə Azərbaycan
Avropa ölkələri arasında tarixdə ilk dəfə keçiriləcək Olimpiya
oyunlarına ev sahibliyi edəcək.
Fondun sədri onu da vurğulayıb ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur və bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.
Tədbirdə qeyd edilib ki, 8 komandanın mübarizəyə qatıldığı mini futbol turnirinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91- ci ildönümü ərəfəsində müəyyənləşəcək, qaliblərə kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq. Bununla yanaşı, ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”