Ziya Məmmədov Namiq Həsənovu yola saldı
Bizi izləyin

Qırmızı.az

Ziya Məmmədov Namiq Həsənovu yola saldı

Ziya Məmmədov Namiq Həsənovu yola saldı

Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov səhhətində yaranan problemlə bağlı məzuniyyətə çıxıb

Bu barədə AzNews.az-a açıqlma verən Namiq Həsənov bildirib ki, aprelin 4-dən 15 gün müddətinə məzuniyyətdə olacaq: “Biraz şəkər xəstəliyindən əziyyət çəkirəm. Sözün həqiqi mənasında ciddi müalicəyə ehtiyacım var. Elə onun üçün də məzuniyyət götürmüşəm”.

“Nazirlik müalicə üçün sizi xaricə göndərməyi nəzərdə tuturmu” sualına cavabında N. Həsənov deyib ki, bunun Azərbaycanı tərk etməyə ehtiyac yoxdur: “Müalicəni ölkədən kənarda almaq niyyətində deyiləm.

Cənab nazir Ziya Məmmədovdan xahiş etsəm məni xaricə müalicəyə də göndərər. Mən darıxdığmdan Azərbaycandan kənarda müalicə almaq istəmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm