Ehtiyatlı olun: “Siqara son” dərmanları ilə insanları aldadırlar - FOTO
Bizi izləyin

Qırmızı.az

Ehtiyatlı olun: “Siqara son” dərmanları ilə insanları aldadırlar - FOTO

“Hazırda ölkədə “Siqara son” məhsulları güclü reklam edilir. Təəssüf ki, “papirosa son qoyacaqsınız” adı altında istehlakçıların kütləvi aldadılması halları mövcuddur”.

Publika.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O, qeyd edib ki, reallıq heç də reklamlarda göründüyü kimi deyil: “Əfsuslar olsun ki, bəzi elektron kütləvi informasiya vasitələri də bu prosesdə vasitəyə çevrilib. “Siqara son” malları telekanallarda reklam edilsə də, birmənalı olaraq bildirirəm ki, bu firmanın heç bir sənədi yoxdur. Onun malları sertifikatsız reklam edilir. Həmin məhsullardan istifadə nəticəsində siqareti tərgitmək barədə hər hansı elmi əsas yoxdur. Eləcə də bu və ya digər elmi jurnalda bu haqda məqalə dərc edilməyib. Bildirilir ki, müştərilər guya dərmanları atdıqdan bir neçə gün sonra siqareti tərgidir. Bu mallar respublikamıza Türkiyədən gətirilir və paytaxtda çox sürətlə yayılıb”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm