Qırmızı.az
Taksilərdə də gediş haqqı kartla ödəniləcək - RƏSMİ
"Yaxın gələcəkdə Bakı şəhərində bütün nəqliyyat
vasitələrində gediş haqqı vahid kart sistemi ilə ödəniləcək. Artıq
bu istiqamətdə mühüm işlər görülür".
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat
xidmətinin rəhbəri Rauf Mirqulamov bildirib.
Onun sözlərinə görə, hazırda "BakıKart" aparatları ilə birlikdə
şəhərin bir çox dayanacaqlarına MilliÖN aparatları da quraşdırılır.
Yəni bu "BakıKart"la MilliÖN-ün inteqrasiyası deməkdir:
"Məqsəd şəhərdə tam vahid ödəmə sisteminə keçəndən sonra
əhalinin rahatlığını təmin etməkdir. Artıq bu istiqamətdə işlər
gedir. Hazırda paytaxtda 800-dən artıq avtobus dayanacağı var.
Onların bəzilərinə MilliÖN, bəzilərinə isə "BakıKart" aparatları
quraşdırlıb. Hazırda aparatların quraşdırılması davam
edir".
Onun sözlərinə görə, gələcəkdə bütün sərnişin avtobuslarında
gediş haqqı vahid ödəmə sistemi ilə tətbiq ediləcək:
"Bütün avtobuslarda ödəmə sistemləri quraşdırılacaq. Bundan
sonra dayanacaqların hamısında aparatlar qoyulacaq".
Gözlənilir ki, yaxın gəlcəkdə təkcə metro və avtobuslarda deyil,
həmçinin taksilərdə də vahid ödəmə sistemi tətbiq edilsin. Bu zaman
sərnişinlər taksilərə gedişhaqqını kartla ödəyə biləcəklər.
Məsələ ilə əlaqədar “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev
bildirib ki, Bakı Metropoliteninin stansiyalarında, avtobus
dayanacaqlarında və mətbuat köşklərində “BakıKART” kart satış və
yükləmə aparatları mövcuddur. Burada quraşdırılan xüsusi “BakıKART”
avadanlıqları vasitəsilə kartları almaq olar. Bundan başqa, avtobus
dayanacaqlarında MilliÖN aparatları qurulur.
Hazırda Bakı metropoliten stansiyalarında 145 ədəd, avtobus dayanacaqlarında isə 50 ədəd "BakıKart", 117 ədəd MilliÖN aparatı quraşdırılıb. Yaxın gələcəkdə bu sayın artırılacağı gözlənilir. (admiral.az)
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO