“Heydər Əliyevin sayəsində Türkiyə Avrasiyanın ürəyi oldu” – “Hürriyet Daily News”
Bizi izləyin

Qırmızı.az

“Heydər Əliyevin sayəsində Türkiyə Avrasiyanın ürəyi oldu” – “Hürriyet Daily News”

Türkiyənin “Hürriyet” qəzetinin ingilis dili versiyasında (hurriyetdailynews) “Heydər Əliyevin enerji strategiyası” adlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki, Mərmərə Qrup Strateji və Sosial Tədqiqatlar Fondunun prezidenti Akkan Suverin müəllifi olduğu məqalədə Heydər Əliyevin prezident olduğu 10 il ərzində gördüyü işlərin Türkiyə-Azərbaycan ittifaqının yol xəritəsini yaratdığı deyilir.

“Heydər Əliyev Türkiyə-Azərbaycan ittifaqının təməl daşını qoydu. Onun enerji strategiyası nəticəsində bu gün Cənub Qaz Dəhlizi layihəsinin əsası qoyulub. Unudulmamalıdır ki, Türkiyənin Avrasiyanın enerji ürəyi olması məhz Heydər Əliyevin sayəsində mümkün olub. Bu gün Ankara Əliyevin enerji strategiyasının meyvələrini yeyir. Bu layihələrin əsası Bakı-Tiflis-Ceyhan kəməri ilə qoyulub. Bununla da regionun enerji hovuzunda Türkiyənin üfüqləri genişləndi. SOCAR Heydər Əliyevin enerji strategiyasının gözəl nümunəsidir. TANAP bu epoxanın böyük nailiyyətidir. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Avrasiyanın qürur mənbəyidir. Bütün bu investisiya və layihələr hər iki ölkənin gələcək əlaqələri üçün təməl daşı olub. Azərbaycanla Türkiyə arasında həmrəyliyin yaradılması Heydər Əliyevin şah əsəridir”, - deyə müəllif qeyd edib.

TANAP, TAP, BTQ layihələri, Avropanın enerji təhlükəsizliyində Bakı və Ankaranın aldığı rol, ikitərəfli əməkdaşlıq, həmçinin, Türkiyə ilə Azərbaycanın regional enerji nəhənginə çevrilməsi məsələlərinə toxunan Akkan Suver yazır ki, Heydər Əliyev bu əsərin memarıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm