Bəxtiyar Sadıqov barəsində yazılanlara reaksiya verdi
Bizi izləyin

Qırmızı.az

Bəxtiyar Sadıqov barəsində yazılanlara reaksiya verdi

Bəxtiyar Sadıqov barəsində yazılanlara reaksiya verdi

"Barəmdə yazılanlara əhəmiyyət vermirəm. Onların barəmdə nə deməsi milçək vızıltısından başqa bir şey deyil. Ona görə də, barəmdəki ittihamlara cavab vermək istəmirəm. Mən həm baş redaktor, həm də millət vəkili olaraq öz vəzifəmi, işimi çox gözəl bilirəm".

Bunu Teleqraf.com-a açıqlamasında "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov mətbuatda barəsində səsləndirilən ittihamlara cavab olaraq bildirib.

“Yeni Cumhuriyyət” qəzeti “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun haqqında ciddi ittihamların yer aldığı yazını dərc edib. Yazıda baş redaktorun nurçularla əlaqəsindən bəhs olunur.

B.Sadıqov qeyd etdi ki, barəsində yazılanlar kimlərinsə təxəyyülünün məhsullarıdır: "Ağıllarına gələni yazırlar. Qoy, yazsınlar. Mən onlara cavab verməyəcəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm