Sabah Bakının bir neçə rayonuda qaz olmayacaq - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Sabah Bakının bir neçə rayonuda qaz olmayacaq - SİYAHI

Sabah Bakı şəhərinin Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Publika.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm