Mingəçevirdə evləri su basdı
Bizi izləyin

Qırmızı.az

Mingəçevirdə evləri su basdı

Son günlər müşahidə olunan yağışlı hava şəraiti Mingəçevir şəhərində evlərin həyətlərini su basmasına səbəb olub.

Sakinlərin Publika.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində evlərin zirzəmisi su ilə dolub. Su basması küçələrdə də hərəkəti çətinləşdirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev Publika.az-a bildirib ki, həyətləri və zirzəmiləri su basmasının səbəbi normadan çox yağıntı düşməsidir.

“Şəhərin bir tərəfinə yağış yağmadığı halda, digər hissəsinə normadan çox, leysan xarakterli yağış yağıb. Nəticədə, suvarma arxı daşıb, onun suyu evlərin zirzəmisinə dolub. Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları gün ərzində işləyib, xüsusi texnika cəlb edilərək həyətlərə dolan su təmizlənib. Hadisə nəticəsində cəmi bir neçə evə zərər dəyib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm