Qırmızı.az
Metropoliten 76 nəfəri işə götürdü
“Bakı Metropoliteni” nin hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb. İmtahan nəticələri məqbul olan 60 nəfərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanaraq hərəkət xidmətində işlə təmin olunub.
Bu barədə Publika.az-a QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara martın 14-dən start verilib. Təxminən 1800 müraciətdən ilkin müsahibəyə dəvət edilən 500 nəfər arasından metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası seçim edərək 77 nəfəri kurslara dəvət edib. Kursun nəticəsi aprelin 14-ü yekun imtahandan sonra bəlli olub. Belə ki, imtahanda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib. 60 nəfər işə qəbul olub, 2 nəfər isə onlara təklif olunan işdən imtina edib.
Məlumat üçün bildirək ki, əvvəllər hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində metropoliten üzrə təlimatları mənimsəyən, müəyyən təcrübə toplayanların peşə bacarıqlarının qənaətbəxş olub-olmaması imtahandan sonra bəlli olurdu. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əvvəllər əksəriyyəti xanımlardan ibarət olan bu sahəyə hazırda oğlanların da marağı artıb.
“Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətində də
vakant vəzifələrə işə qəbul prosesi yekunlaşıb. Seçimlər
metropolitenin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq”
bölməsinə anket forması ilə müraciət edənlər arasında aparılıb.
Müsahibəyə 70 nəfər dəvət olunub. 23 nəfər nəzərdə tutulan
tələblərə uyğun olduğundan, martın 14-dən təlim-tədris mərkəzində 1
aylıq ödənişsiz kurslara qatılıb. Aprelin 5-i yekun imtahanda kursu
bitirən 23 nəfərdən 21-i iştirak edib. Onlardan 18-nin nəticələri
məqbul, 3-nün nəticələri isə qeyri-məqbul qiymətləndirilib. İmtahan
nəticələri uğurlu olan 16 nəfərlə qanunvericiliyin tələblərinə
uyğun olaraq əmək müqaviləsi bağlanıb. Sağlamlığı vakant vəzifəyə
uyğun olmadığı üçün 2 nəfər isə təklif olunan işdən imtina
edib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ