Rusiyada oxumaq istəyənlər üçün qeydiyyat başladı
Bizi izləyin

Qırmızı.az

Rusiyada oxumaq istəyənlər üçün qeydiyyat başladı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək hüququna may ayının 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq etmiş, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal r. Badamdar q, Mikayıl Müşviq küçəsi 1 M).

Qeydiyyat mayın 13-dən 18-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Test imtahanı mayın 22-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 24-də saat 15:00-da keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 27 və 29 iyunda aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm