Bu yolun təmirinə başlanıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Bu yolun təmirinə başlanıldı - FOTO

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, uzun müddətdir ki, əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərin olduğu yolun uzunluğu 23 km, mövcud eni 6-7 m-dir.

Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 m-ə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək. 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək, bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılacaq. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.

18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm