
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib. 66-BB-759 dövlət nömrə nişanlı VAZ-2101 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb.
Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Daha 4 sərnişin isə ağır xəsarət alıblar. Onlardan ikisi qadın, ikisi isə kişidir.
Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.