BMT-nin baş katibi İƏT Gənclik Forumunu yüksək qiymətləndirdi
Bizi izləyin

Qırmızı.az

BMT-nin baş katibi İƏT Gənclik Forumunu yüksək qiymətləndirdi

“Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) son illərdəki fəaliyyətləri nəzticəsində gənclik siyasəti İƏT-in diqqət mərkəzində yer alıb. 13-cü İƏT Zirvəsinin də İƏT Gənclik Sammiti ilə başlanmasını öyrənməkdən çox məmnun oldum”.

BMT Mətuat Mərkəzinin verdiyi məlumata görə, bunu mayın 13-də öz işini Genevrədə tamamlamış BMT-İƏT Koordinasiya Şurasına müraciətində BMT baş katibi Pan Gi-Mun bildirib.

İKGF-nin rəsmi "Facebook" səhifəsində yer alan xəbərə əsasən, bu Şuranın toplantıları, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı strukturları arasında beynəlxalq layihələr, insan haqları, qlobal inkişaf, böhranlı vəziyyətlər və s. beynəlxalq əhəmiyyətli mövzular üzrə əməkdaşlıq və koordinasiya məqsədilə mütəmadi olaraq keçirilir. Şuranın işində BMT və İƏT-ə daxil olan bütün beynəlxalq təşkilat və qurumlar iştirak edir.

Koordinasiya Şurasının açılış mərasimində çıxış edərək İKGF-nin sədri səfir Elşad İskəndərov BMT-nin baş katibi Pan Gi Muna İKGF-nin fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkürünü bildirib, daha sonra tədbir iştirakçılarına yuxarıda adıçəkilən İƏT Gənc Liderlər Samminin nəticələri haqqında məlumat verib.

Natiq qeyd etmişdir ki İƏT tarixində ilk dəfə keçirilən Gənc Liderlər Sammiti tərəfindən İƏT cografiyasında gənclərin inkişafını müəyyənləçdirəcək “10 ildə 10 məqsəd” adlı Bəyannamə və strateji proqram xarakterli tövsiyyələr qəbul edilmişdir. E.İskəndərov həmçinin bu tövsiyyələrin İƏT dövlət başçıları tərəfindən Zirvənin Yekun Kommunikesində təsdiq edilməsini məmnunluqla vurgulamış və bu istiqamətdə BMT qurumlarını əməkdaşlığa dəvət etmişdir.

Koordinasiya Şurasının nəticələrinə əsasən, İKGF ilə BMT-nin bir sıra qurumları (BMT İnkişaf Proqramı, YUNESCO, BMT Qadın Komitəsi, Cənub-Cənub Əməkdaşlığı Ofisi, Sivilizasiyaların Alyansı) arasında gənclərin mədəniyyətlərarası dialoqunun gücləndirilməsi, gəncliyin inkişafı, gənc qadınların rolunun artırılması, ekstremizmlə mübarizə, münaqişə zonalarında gənclərin hüquqlarının qorunması, həmçinin Somalidə inkişaf proqramının gerşəklədirilməsi istiqamətində konkret razılıqlar əldə edilmişdir.

Xatırladaq ki İKGF Azərbaycan Respublikası Prezidenti İlham Əliev və Turkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın birgə təşəbbüsü ilə 2006-cı ildə təsis edilmiş, Mərkəzi gərargahı İstanbulda yerləşən, İƏT-ə baglı beynəlxalq təşkilat olaraq fəaliyyət göstərməkdədir. Forumun Mədəniyətlərarası Dialoq üzrə Baş Koordinatoru və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən gənclərin Mədəniyyətlərarası Dialoqu üzrə bir sıra genişmiqyaslı layihələr gerşəklədirilmiş, Gənclər Sivilizasiyaların Alyansı uğrunda beynəlxalq hərəkatı yaradılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm