Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib
Bizi izləyin

Qırmızı.az

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib

Şəki rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Şəki rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Şəki-Qax yolunun 14-16 kilometrliyində baş verib. Belə ki, qəza zamanı Şəkinin Kiş kənd sakini 1965-ci il təvəllüdlü Şirinov Məmməd Atamalı oğlu idarə etdiyi "66-BB-759" dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə Şəkinin Göynük kəndi istiqamətində hərəkətdə olarkən İnçə kəndi ərazisindəki sərt döngədə idarəetməni itirib və avtomobili 10 metr hündürlükdəki körpünün dəmir məhəccərlərini qıraraq körpüdən aşağı aşırıb.

Nəticədə avromobildə olan sürücünün həyat yoldaşı 1970-ci il təvəllüdlü Şirinova Bahar İdris qızı, onların övladları 1992-ci il təvəllüdlü Şirinov Namiq Məmməd oğlu, 1993-cü il təvəllüdlü Şirinov Hümmət Məmməd oğlu və 2000-ci il təvəllüdlü Şirinova Cəlalə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərbənin gücündən sürücü elə hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alanlar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəza şəraiti nəzərə alınaraq hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub.

Qəzanın baş verməsinə səbəb kimi ilkin olaraq avtomobilin yüksək sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi ehtimal olunur.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm