Qırmızı.az
Suya görə yaranmış borclarla bağlı "Azərsu"dan AÇIQLAMA
Su və kanalizasiya xidmətlərinə görə ötən dövrdə yaranmış borcların mayın 16-dan etibarən qüvvədə olan tariflərə uyğun yenidən hesablanacağı barədə məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Publika.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, yeni tariflərin tətbiqinin abonentlərin
əvvəlcədən yaranmış borclarına heç bir təsiri olmayacaq.
“Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, sayğacla təmin olunmayan abonentlər ödənişləri ailə üzvlərinin sayına görə aparırlar. Tarif Şurasının qərarına görə 1 nəfər üçün aylıq norma 5 kubmetr götürülür. Əgər ailədə 4 nəfər varsa aylıq sərfiyyat 20 kubmetr olacaq və bunun 10 kubmetri (ayın birinci yarısı üçün) regiondan asılı olaraq 31 və ya 36 qəpikdən, qalan 10 kubmetri isə (ayın ikinci yarısı üçün) 45 və ya 50 qəpikdən hesablanacaq.
Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərin mayın 16-na qədər kartlarına yüklədikləri məbləğ köhnə tariflərlə, mayın 16-dan etibarən isə yeni tariflərlə hesablanacaq”.
Mexaniki sayğaclara gəldikdə A.Cəbrayıllı bildirib ki, sayğacın son oxunması ilə tariflər dəyişdikdən sonrakı oxunma arasındakı sərfiyyat günlərin sayına bölünərək orta günlük sərfiyyat çıxarılacaq
“Neçə gün köhnə tarixə düşəcəksə köhnə tariflə, neçə gün yeni tarixə düşəcəksə yeni tariflə hesablama aparılacaq. Məsələn, sayğac sonuncu dəfə aprelin 20-də, növbəti dəfə mayın 20-də oxunubsa və 30 gündə 30 kubmetr su sərfiyyatı varsa, günə 1 kubmetr su sərfiyyatı düşür. Bu 30 günün 16 maya qədər olan hissəsi (25 gün) köhnə, qalan günlər (5 gün) isə yeni tariflə hesablanacaq”.
“Azərsu” ASC mexaniki sayğacların göstəricilərinin vaxtında və dəqiq oxunması üçün abonentlərdən xahiş edir ki, müfəttişlərə lazımi şərait yaratsınlar.
Qeyd edək ki, Tarif Şurası tərəfindən su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tarifləri artırılıb. Qərar mayın 16-dan güvvəyə minib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO