Bu restoranlar böyük məbləğdə cərimələnəcək
Bizi izləyin

Qırmızı.az

Bu restoranlar böyük məbləğdə cərimələnəcək

Azərbaycanda müştərilərinə menyu təqdim etməyən restoranları böyük cərimələr gözləyir.

Publika.az bu barədə fins.az-a hüquqşünas Asif Abdullayev məlumat verib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Azərbaycan restoranlarında müştərilərə menyunun təqdim edilməməsi və qiymətlərin şifahi olaraq sadalanması ənənəvi problemdir. 2000-ci illərin əvvəllərində türk restoran şəbəkələrinin Azərbaycana gəlməsi bu sahədə vəziyyəti bir qədər dəyişdirib və restoran mədəniyyətinin formalaşmasına səbəb olub.

Bununla yanaşı, bir sıra iaşə müəssisələrində, o cümlədən regionlardakı restoranlarda menyuların təqdim olunması hələ də problemdir. Turizm mövsümü ərəfəsində bu məsələ xüsusilə aktuallaşır və adətən şişirdilmiş qiymətlərə, müştəri narazılığına və xidmət səviyyəsinin aşağı düşməsinə səbəb olub.

Menyusu olmayan restoranlara qarşı 800-1000 manat məbləğində cərimələrin tətbiqini İqtisadiyyat Nazirliyində də təsiqləyiblər. Nazirlikdən bildirilib ki, belə hallarla, eləcə də satış obyektlərində qiymətlərin göstərilməməsi halları ilə rastlaşan vətəndaşlar nazirliyin 195-2 qaynar xəttinə, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (012) 498-15-01 və (012) 498-15-04 telefonlarına müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm