DİQQƏT: Bunlar Azərbaycanda QADAĞAN edildi - SİYAHI
Bizi izləyin

Qırmızı.az

DİQQƏT: Bunlar Azərbaycanda QADAĞAN edildi - SİYAHI

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qəbul edilən dəyişiklik “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən properdian Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb. AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH -018, JWH -122, JWH -210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib.

Azərbaycanda dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4- metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) daxil edilib.

Daha sonra qanun layihəsi səsverəmyə çıxarılarqa qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm