Bu gecə yollar bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Bu gecə yollar bağlanacaq

Bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi ( 6-cı mikrorayon istiqamətinə dönən yol ) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq.

M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ( m.Azadlıq stansiyası, 8-ci mkrn. istiqamətinə ) və Məsud Davudoğlu küçələri ilə ( 6-cı mkrn. istiqamətinə ) hərəkət təmin olunacaq.

Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək ( 3-4 gün ) tətbiq olunacaq.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm