Oruc Zalov qadınlara qarşı törədilən cinayətlərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Oruc Zalov qadınlara qarşı törədilən cinayətlərdən danışdı

Məişət zəminində törədilən cinayətlərin dinamikasında son 5 ildə ciddi azalma müşahisə edilir.

Publika.az xəbər verir ki, bunu bunu “Məişət zorakılığı insan alverinə şərait yaradan problem kimi” mövzusunda bu gün keçirilən tədbirdə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

“2011-ci ildə bu zəmində 2839 cinayət hadisəsi törədilmişdisə, 2015-ci ildə onların sayı 1283-ə enib. Bu, 2.2 dəfə azalma deməkdir. Eyni zamana, qadınlara qarşı törədilən məişət zəminində olan cinayətlərin sayı 2.3 dəfə, zorakı cinayətlərin sayı 47.5% azalıb. Bu da dövlət qurumları tərəfindən aparılan işlərin nəticəsidir. Əmin ola bilərsiniz bu iş bu gün də davam etdirilir. Həmin dövrdə məişət zəminində törədilən qəsdən adam öldürmə və sağlamlığa ağır və az ağır zərər vurma cinayətlər sayı əsasən sabit qalsa da, bəzi illərdə xeyli azalıb, bu cinayətlərin açılması isə tam təmin edilib”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlər sayı 255-dir:

"Bu isə istər Avropa, istər postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir", deyə nazir bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm