Sabah müəllimlər müsahibə verəcək
Bizi izləyin

Qırmızı.az

Sabah müəllimlər müsahibə verəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi müəllimlərin yerdəyişməsi üzrə sabah 3-cü mərhələsi keçiriləcək.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə,müsabiqədə iştirak etmək istəyən 393 müəllim miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib və müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.

Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb.

Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də keçirilib. Test imtahanında 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə əsasən 176 nəfər Müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin üçüncü – müsahibə mərhələsi sabah saat 14:00 və 15:30-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi 6 ünvanında (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaxınlığında) yerləşən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Müsahibə mərhələsində iştirak edəcək müəllimlər aşağıda əlavə edilən cədvəllər üzrə müəyyən edilmiş vaxtda təyinat məntəqəsində olmalıdırlar.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müsabiqənin üçüncü (müsahibə) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilmiş, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm