Bakının mərkəzində su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində su olmayacaq

Sabah paytaxtın bir hissəsində su olmayacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir. Bununla əlaqədar 19 may 2016-cı il tarixində saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm