Gənclər dini radikallıq və ekstremizə qarşı maarifləndirilir - FOTO
Bizi izləyin

Qırmızı.az

Gənclər dini radikallıq və ekstremizə qarşı maarifləndirilir - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gənc Politoloqlar Mərkəzi tərəfindən “Region gəncləri arasında dini radikallıq və ekstremizə qarşı maarifləndirmə” layihəsinin icrasına start verilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə üç ay davam edəcək. Layihənin əsas məqsədi region gəncləri arasında maarifləndirici seminarlar keçirməklə onların dini radikallıq və ekstremizmə mübarizədə rolunu gücləndirməkdən ibarətdir.

Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev tədbiri açıq elan edərək deyib ki, müasir cəmiyyətdə dinin insanların həyatında, xüsusilə tərbiyyəsində və formalaşmasında böyük rolu vardır: “Eyni zamanda dinin düzgün təbliği cəmiyyətdə yarana biləcək hər hansı fikir ayrılığı, radikal fəaliyyət və ekstremizm kimi halların qarşısının alınmasına böyük töhfə verə bilər. Bu baxımdan Gənc Politoloqlar Mərkəzi olaraq bu cür maarifləndirici layihələrin gənclər arasında həyata keçirilməsini məqsədəuyğun hesab edirik və inanırıq ki, layihənin icrası gənclərin ölkə inkişafında müsbət rolunun güclənməsində faydalı olacaq”.

İ.Əliyev bildirib ki, icrasına start verilmiş layihə Azərbaycanın 11 regionunu təmsil edəcək 500-ə yaxın gəncin dini radikallıq və ekstremizmlə mübarizə mövzusunda maarifləndirməsini nəzərdə tutur: “Eyni zamanda, Bakıda keçiriləcək bir günlük konfrans zamanı gənclərin dini radikallıq və ekstremizmlə mübarizədə rolu mövuzusunda mütəxəssislərin iştirakı ilə fikir mübadilələri aparılacaq. Layihənin icrası zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və komitənin regionlardakı nümayəndəlikləri, yerli icra hakimiyyətləri və onların gənclərlə iş üzrə şöbələri, həmçinin gənclər təşkilatları, yerli təhsil qurumları və digər əlaqədar qurumlarla əməkdaşlıq ediləcək”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu multikulturalizmin mahiyyəti haqqında, multikulturalizm modelləri və gənclərə multikultural dəyər və ideyaların aşılanması haqqında çıxış edib.

“Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov isə diqqətə çatdırıb ki, bu kimi layihələrin regionlarda keçirilməsi də gənclərin maarifləndirilməsində xüsusi əhəmiyyətə malik olacaq.

Qeyd edək ki, Gənc Politoloqlar Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçılarına olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına, təhkimləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm