Bütün müsəlmanlar stadionda namaz qılacaq
Bizi izləyin

Qırmızı.az

Bütün müsəlmanlar stadionda namaz qılacaq

Tatarıstanda müsəlmanlar ramazan ayında stadionda namaz qılacaq.

Publika.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının Ruhani idarəsinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, müsəlmanlar fitr namazını bu dəfə “Kazan-Arena”da qılacaqlar. Ötən il bu tədbirdə 5000-dən çox müsəlman iştirak etmişdi.

“Kazan-Arena” Rusiyanın ən böyük və müasir stadionlarından biridir. Burada “Rubin” ev oyunlarını keçirir. 2017-ci ildə Konfederasiyalar Kubokunun, 2018-ci ildə isə dünya çempionatının oyunları bu arenada keçiriləcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm