Təyyarə qəzasında yaralanan ukraynalılardan xəbər var
Bizi izləyin

Qırmızı.az

Təyyarə qəzasında yaralanan ukraynalılardan xəbər var

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus "AN-12" təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti stabilləşib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin konsul xidməti departamenti bildirib.

Ukraynanın Tacikistankı səfirliyinin məlumatına görə, onlar hazırda Əfqanıstanın Qəndəhar vilayətində hərbi hospitalda müalicə olunur.

Hazırda Ukrayna vətəndaşları, həmçinin qəzada ölən bir vətəndaşın ölkəyə gətirilməsi üçün məsələlər həll edilir.

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı Ukrayna vətəndaşlarından 2 nəfər sağ qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm