Qırmızı.az
Jurnalistika ixtisası üzrə magistraturaya qeydiyyat başlanıldı
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin jurnalistika ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatına başlanılıb.
Publika.Az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti məlumat yayıb.
2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyirlərsə, 2014-cü ilin aprel ayının 4-dən 10-dək TQDK-nın (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) qeydiyyatdan keçməlidir.
Anket sorğusunu doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!