“Kişiləri seks qurbanı edərək tələyə salan qadınlar” haqda - Açıqlama
Bizi izləyin

Qırmızı.az

“Kişiləri seks qurbanı edərək tələyə salan qadınlar” haqda - Açıqlama

DİN-dən “kişiləri tələyə salan qadınlar” haqda - Açıqlama

axili İşlər Nazirliyi bu gün “Qafqazinfo”da yayımlanan “Bakıda kişiləri tələyə salan seksi qadınlar – Diqqət” başlıqlı yazı ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sözügedən materialla tanış olub:

“Əvvəla onu deyim ki, vətəndaş üzləşdiyi, gördüyü hər hansı bir qanun pozuntusu, cinayət barədə ilk olaraq mətbuata deyil, mütləq şəkildə hüquq-mühafizə, o cümlədən polis orqanlarına məlumat verməlidir.

Soruşduğunuz bu məsələdə isə vətəndaş gördüyü qanunsuz hərəkətlər barədə mətbuata yazır və sonar da polisin təcili tədbir görməsini istəyir. Fikirləşmir ki, məlumatı dərhal polisə deyil mətbuata verməklə o polisin bununla bağlı həyata keçirəcəyi tədbirlərin effektini azaldır, qanunsuz əməl sahiblərinin isə vaxtında öz əməllərinə ara verməsinə, izlərini təmizləməsinə münbit şərait yaratmış olur.

Odur ki, bir daha vurğulayıram, vətəndaşlarımız şahidi olduqları qanun pozuntuları ilə bağlı birinci növbədə polisə, DİN-in 102 zəng xidmətinə məlumat verməlidirlər. Bunun üçün uzağa getməyə də ehtiyac yoxdur, sadəcə əlindəki telofonda 102 rəqəmini yığır və məlumatı verir.

Bununla belə, bu gün saytlarda dərc olunan o yazıda vətəndaşın iddia etdiyi o xüsusatlar DİN-in aidiyyatı qurumları tərəfindən araşdırılacaq və nəticəsindən asılı olaraq tədbir görüləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm