"BakuBus" sürücüləri yeni texnologiya ilə yoxlanılır
Bizi izləyin

Qırmızı.az

"BakuBus" sürücüləri yeni texnologiya ilə yoxlanılır

MDB məkanında ən böyük Sürücü Təlim Mərkəzi olan "Test&Training Azerbaijan"da simulyatorların tətbiqinə başlanıb. Yeni texnologiyanın tətbiqinə ilkin şəkildə sürücülәrin peşәkarlığının artırılması vә onların tәkminlәşdirilmәsi mәqsәdi ilә "Baku Bus" MMC-də fəaliyyət göstərən sürücülər cəlb edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, Türkiyә istehsalı olan bu texnologiya vasitәsilә sürücü vә ya sürücülüyә namizәdlәrin idarәetmә bacarıqları qiymәtlәndirilәcәk, habelә onlar tәcrübәli mütәxәssislәrin nәzarәti altında peşәkarlıq sәviyyәsini tәkminlәşdirmәklә idarәetmә bacarıqlarını inkişaf etdirәcәklәr.

Məlumatda bildirilir ki, yeni texnologiya hәmçinin, real hәyatda yaradılması mümkün olmayan ekstrimal vәziyyәtlәrdә avtobusun tәhlükәsiz idarә edilmәsi imkanlarını qiymәtlәndirir, sürücülәrin yol hәrәkәti qaydalarına uyğun idarәetmә vә digәr tәhlükәsizlik qaydaları ilә bağlı bacarıqlarını hesablayır.

Tәlimin sonunda sürücülәrә şәrti idarәetmә zamanı simulyatorun qeydә aldığı xәtalar göstәrilir vә onlara ümumi peşәkarlıq sәviyyәsini qiymәtlәndirәn cәdvәl tәqdim olunur.

"Bakı Nəqliyyat Agentliyi tərəfindən gәlәcәkdә ictimai nəqliyyatda fəaliyyət göstərən bütün sürücülər yalnız "Test&Training Azerbaijan"-da xüsusi yoxlamalardan keçdikdən sonra sərnişindaşıma sahəsində xidmət göstərə biləcəklər"- deyə məlumatda qeyd olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm