Qırmızı.az
Nazir fiziki məhdudiyyətli könüllülərlə görüşdü
Gənclər və idman naziri, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin sədri Azad Rəhimov "Formula-1 üzrə Avropa Qran-prisində könüllü fəaliyyət göstərəcək fiziki məhdudiyyətli şəxslərlə görüşüb.
BŞH-dən Publika.az-a verilən məlumata görə, şirkətin mərkəzi ofisində baş tutan görüşdə A.Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan bir qrup fiziki məhdudiyyətli şəxslə səmimi söhbət aparıb, onların əldə etdiyi böyük uğurları ilə yanaşı qarşılaşdığı çətinliklərlə də ətraflı şəkildə tanış olub.
O, fiziki məhdudiyyətli şəxslərin könüllü fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, əlilliyi olan şəxslər üçün təqdim olunan imkanlar daha da artırılacaq: “Bu il Bakıda "Formula-1" üzrə Avropa Qran-prisi və Şahmat Olimpiyadası keçiriləcək. Gələn il də İslam Həmrəyliyi Oyunları baş tutacaq. I Avropa Oyunlarında olduğu kimi, bu idman yarışlarında da könüllülərin rolu çox böyükdür. Sizin zəhmətiniz bizim üçün çox vacibdir və sizi bu sıralarda görməkdən çox şadıq. Ölkədə keçirilən bütün irimiqyaslı idman yarışlarında yaxından iştirak etməlisiniz və bu tədbirlərin heç birində kənarda qalmamalısınız".
Görüşdə fiziki məhdudiyyətli şəxslərdən ibarət heyətə İlham Məhərrəmov rəhbərlik edib. Əlillərin sosial həyatı, məşğuliyyəti, problemləri və profillərini işıqlandırmaq məqsədilə onlayn fəaliyyət göstərən Arabaçı TV-nin təsisçisi olan İ.Məhərrəmov çıxışında fiziki məhdudiyyətli şəxslərə göstərilən böyük dəstəyə görə nazir Azad Rəhimova təşəkkür edib. O bildirib ki, son vaxtlar cəmiyyət arasında əlillərə yanaşmada böyük dəyişikliklər müşahidə olunur: “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasında Avropa Oyunlarının təsiri çox böyükdür. Bu il "Formula-1" üzrə Avropa Qran-prisində bizim üçün daha geniş imkanlar yaradılıb. Buna görə sizə öz dərin minnətdarlığımızı bildiririk və var gücümüzlə çalışacağıq ki, qarşıdan gələn bütün iri miqyaslı tədbirlərdə sıralarımız daha da genişlənsin".
Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan fiziki məhdudiyyətli şəxslərdən Avropa Qran-prisinin Könüllülük Proqramına 30 müraciət ərizəsi daxil olub. Reabilitasiya mərkəzində keçirilmiş müsahibə mərhələsindən sonra müraciətçilərdən 15-i Avropa Qran-prisində könüllü fəaliyyət göstərmək üçün seçilib, 2-si isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə işə götürülüb. Yarış zamanı fiziki məhdudiyyətli könüllülər əsasən qapalı məkanlarda, xüsusən də yarış və biletlə əlaqədar məlumat mərkəzlərində fəaliyyət göstərəcəklər.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir