Bakıda ABU-nun saxta diplomu ilə alver etmək istəyən şəxs saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda ABU-nun saxta diplomu ilə alver etmək istəyən şəxs saxlanıldı

Bakı şəhər sakini Azərbaycan Beynəlxalq Universitetinə məxsus saxta diplomu satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Xəlilov Azərbaycan Beynəlxalq Universitetinə (ABU) məxsus saxta diplomu satarkən saxlanılıb.

O, saxta diplomu 10.000 ABŞ dollarına satmaq istəyirmiş.



Hazırda faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm