Qulu Məhərrəmlidən Arif Alışanov XAHİŞİ
Bizi izləyin

Qırmızı.az

Qulu Məhərrəmlidən Arif Alışanov XAHİŞİ

Tanınmış telejurnalist, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri Qulu Məhərrəmli Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə müraciət edib.

Publika.az xəbər verir ki, Q.Məhərrəmli fotosunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun fotosu ilə yanaşı dərc etməməyi media rəhbərlərindən xahiş edib: “Hörmətli qəzet redaktorları və sayt rəhbərləri! Xeyli müddətdir ki, səhifələri mənim AzTV-nin müdiri (Arif Alışanov – red.) ilə yanaşı şəkilim "bəzəyir". Mediada çalışan keçmiş tələbələrim, dostlarım və bizə rəğbəti olan həmkarlarımız bəzi səbəblərdən bu şəkillərin yanaşı qoyulmasını qəbul etmirlər.

Psixoloq dostların təhlilindən sonra mən də bu fikirlərlə razılaşmışam. Ona görə sizlərdən rica edirəm ki, mənim şəkilimi o adamın fotosu ilə yanaşı qoymayın, lütfən!!!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm