Temperatur 23 dərəcəyə yüksələcək
Bizi izləyin

Qırmızı.az

Temperatur 23 dərəcəyə yüksələcək

Aprelin 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir gücənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 4-7, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm