Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs olundu
Bizi izləyin

Qırmızı.az

Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs olundu

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, qurumun keçmiş komandanı Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifəni bir müddət icra edən birinci dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb.

"AzNews.az" xəbər verir ki, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində polkovnik ötən gün istintaqa çağırılıb və ona ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl HDQ-nın komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov işdən çıxarılaraq, sərəncama göndərilmişdi. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.

Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin əmri ilə tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm